İranda polis avtomobillərinə silahlı hücum edildi: Ölənlər və yaralananlar var

05.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində iki polis avtomobili silahlı şəxslər tərəfindən hədəfə alınıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verib.

Məlumata görə, avtomobillərdə olan bir neçə nəfər ölüb, digərləri isə ağır yaralanıblar. Hələlik ölənlər və yaralananların sayı dəqiq bəlli deyil.

İran mediasının iddiasına görə, hücum zamanı heç bir polis öldürülməyib, ancaq yaralanan dörd polis xəstəxanaya yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью