İranda polis ərəb gənci güllələdi

19.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Polis qüvvələri Xuzistan əyalətinin Əhvaz şəhərində Cəmil Fəllahi adlı ərəb gənci güllələyib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, polislər kriptovalyuta hasilatı avadanlıqlarının olması ilə bağlı bir evə reyd keçirib. C.Fəllahi də reydi telefonla çəkmək istəyib.

Telefonu tələb edən polislərə tabe olmayan Fəllahiyə atəş açılıb və o, həlak olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью