İranda polis idarəsinə silahlı hücum olub

29.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Sistan və Bəlucistan əyalətində polis bölməsinə hücum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bölgənin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur şəhərinin mərkəzindəki polis bölməsinə yaxınlaşan və qərargaha daxil olmağı planlaşdıran "silahlı agent"in hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığını bildirib.

İshaqinin sözlərinə görə, o, polislər tərəfindən öldürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью