İranda polis idarəsinə silahlı hücum olub

29.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sistan və Bəluçistan əyalətinin polis rəisi Məhəmmədrza İshaqi Bəmpur şəhərinin mərkəzindəki polis bölməsinə müştəri kimi yaxınlaşan və qərargaha daxil olmağı planlaşdıran silahlı şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açdığını bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

İshaqinin sözlərinə görə, silahlı vətəndaş qəfildən hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıb və buna görə də cavab tədbirləri görmək lazım gəlib.

Qeyd edək ki, hücum edən şəxs zərərsizləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью