İranda polis idarəsinə silahlıl hücum olub, ölən və yaralananlar var

07.10.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Sistan və Bəlucistan vilayətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb.

IRIB xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib.

"İki polis ekipajının çıxış yolunda partlayışın baş verməsi və ardınca silahlı terrorçular tərəfindən atəş açılmasından sonra qətiyyətli tədbir nəticəsində onlardan biri məhv edilib və bir neçəsi isə yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, bölgə təhlükəsizlik və polis qüvvələrinin nəzarəti altındadır: "Bu terror aktının digər iştirakçılarının müəyyən edilməsi və onlara qarşı tədbir görülməsi üçün lazımi fəaliyyətlər davam etdirilir".

///report///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью