İranda polis məmuru güllələndi

30.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində polis əməkdaşı öldürülüb.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, naməlum silahlı şəxslər yanacaqdoldurma məntəqəsində Ərbabi soyadlı polis əməkdaşının avtomobilinə atəş açıblar. Nəticədə polis həlak olub, həyat yoldaşı isə yaralanıb.

Silahlı hücumçuların hadisə yerindən qaçdığı və saxlanılmaları üçün əməliyyat başladığı bildirilib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью