İranda polis polkovniki zərgərlik mağazasına basqın etdi

29.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İranda sosial mediada paylaşılan video cəmiyyətdə böyük rezonans doğurub.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Görüntülərdə "polis polkovniki" forması geyinmiş oğrunun zərgərlik mağazasını soymağa cəhd etdiyi əks olunub.

Videoda silahlı şəxsin mağazaya atəş açdığı, daha sonra içəriyə daxil olmağa çalışdığı görünür.

Ancaq saxta polis mağaza sahibinin müqavimətimdən sonra oradan qaçıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью