İranda polis rəisi silahlı hücum zamanı öldürülüb

08.01.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin İrənşəhr şəhərində polis bölməsinin rəisi Mahmud Həqiqət silahlı hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, polis rəisi avtomobilinə açılan atəş nəticəsində qətlə yetirilib.

İnternetdə yayılan videolarda silahlı şəxslərin Həqiqətin avtomobilinə atəş açdığı, bundan sonra nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq qəzaya uğradığı əks olunur.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью