İranda polis təqibi faciə ilə nəticələndi: ölənlər var Video

14.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Dünən Bəndər Abbas şəhərində polis təqibi və atışma nəticəsində baş verən yol qəzasında azı dörd nəfər həyatını itirib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, hadisə polislərin yanacaq qaçaqmalçılığında istifadə edilən “Samand” markalı avtomobili təqib etməsi zamanı baş verib.
Polis əməkdaşları təqib zamanı avtomobilə atəş açıblar. Qaçmağa çalışan sürücü “Şəhid Rəcai” magistral yolunda əks hərəkət zolağına çıxaraq qarşıdan gələn və içərisində bir ailənin olduğu avtomobillə toqquşub. Zərbədən sonra hər iki avtomobildə yanğın baş verib və nəticədə dörd nəfər yanaraq ölüb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью