İranda polislərə hücum edən 10 a yaxın şəxs zərərsizləşdirilib

27.08.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr, Hoş və Saravan şəhərlərində silahlılarla toqquşma zamanı terrorçu kimi tanınan və üç gün öncə polislərin öldürülməsinə səbəb olan səkkiz nəfər məhv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu hücumun məsuliyyətini ötən gün "Ceyş ül-Ədl" silahlı qruplaşması öz üzərinə götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью