İranda polislərə “təslim olun” çağırışı Üsyan?

04.03.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.

Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 1 polis əməkdaşı həlak olub, üçü isə yaralanıb.

Hücumun məsuliyyətini Xalq Müqavimət Cəbhəsi öz üzərinə götürüb.

Qurumun yaydığı bəyanatda həmçinin polis qüvvələrinə silahlarını yerə qoymaq tövsiyə olunub:

“Bu həlledici günlərdə sağ qalmaq və zərər görməmək üçün silahları yerə qoyun və xalqa təslim olun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью