İranda qaçışa hazırlıq: Liderlər pullarını ölkədən çıxarırlar

15.01.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İran liderləri pullarını ölkədən çıxarırlar”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

“ABŞ Maliyyə Nazirliyinin gördüyü odur ki, siçanlar batmaqda olan gəmini tərk edirlər. İran rəhbərliyi tərəfindən on milyonlarla dollar ölkədən çıxarılıb. Onlar gəmini tərk edirlər, biz bu vəsaitlərin dünyanın müxtəlif yerlərindəki bank və maliyyə institutlarına göndərildiyini müşahidə edirik”, - o bildirib.

Bessentin sözlərinə görə, Maliyyə Nazirliyi baş verənləri izləyir. O vurğulayıb ki, ABŞ hökuməti İran rəhbərlərinin bu aktivlərə çıxış əldə etməsinə icazə verməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью