İranda qadınların vəhşicəsinə həbsi

22.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə bir neçə gənc qadının zorakılıqla həbs edildiyini əks etdirən videogörüntülər yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisənin Qum şəhərindəki Mofətteh meydanında olduğu bildirilir.

Videoda bir neçə qadın məmurun gənc qızları həbs etməyə cəhd etdiyi görünür.

Məcburi hicab mühafizəçilərindən yalnız birinin geyimində polis nişanı var.

Videoda amansız həbsin səbəbi açıq şəkildə göstərilir: gənc qadınların məcburi hicab geyinməsinə etiraz.

Qeyd edək ki, hicab məcburi qaydanı pozan qadın və qızların vəhşicəsinə həbs edilməsini əks etdirən videogörüntülər dəfələrlə yayımlanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью