İranda qalmaqal: Dollarla dolu gəmi yoxa çıxıb

26.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İranla BƏƏ arasında dollarla dolu gəminin göndərilməsi ilə bağlı iddia regionda maliyyə və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bu məlumatın təsdiqlənməsi və pulların hansı məqsədlə göndərildiyinin müəyyənləşdirilməsi xüsusilə İranın hərbi imkanları və ölkədaxili vəziyyəti baxımından əhəmiyyətlidir.

Bəs həmin vəsaitin yeni hərbi texnikanın alınmasına yönəldilməsi ehtimalı nə qədərdir?

Siyasi şərhçi Əli Orucov “Cebheinfo.az”a bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin İrana dollarla dolu gəmi göndərməsi barədə məlumat rəsmi şəkildə təsdiqini tapmayıb:

“Bundan əvvəl də “Fars News” xəbər agentliyi BƏƏ-nin İrana 3 milyard dollar göndərdiyi barədə iddia yaymışdı. Lakin bu məlumat doğrulanmadı, Əbu-Dabi iddianı təkzib etdi. Əksinə, İranın milyardlarla dollar vəsaiti donduruldu və iki dövlət arasında gərginlik yarandı.

ABŞ-İran qarşıdurması fonunda BƏƏ-nin hansısa formada və məqsədlə Tehrana külli miqdarda vəsait göndərməsi ağlabatan deyil. Hesab edirəm ki, “Fars News”un yaydığı xəbər daha çox təbliğat məqsədi daşıyır və daxili sosial-iqtisadi böhrandan yayındırmaq cəhdidir”, – deyə o bildirib.
Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью