Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya Qızıl Şurasının hesabatında diqqətə çatdırılır ki, yüksək qiymətlərə baxmayaraq, İranda qızıl satışının ümumi həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 20%, cari ildə isə ötən rübə nəzərən 12% artım göstərib. Məlumata görə, ölkədə sikkələrə, külçələrə və s. qızıl məmulatlarına tələb son 6 ildə ən yüksək səviyyəyə çatıb.
"Dünya üzrə qızıla tələbat cari ilin ikinci rübündə əvvəlki üç aya nisbətdə 6% azalsa da, iranlılar bir ucdan sırğa, kulon və digər zinət əşyaları yığırlar. İstehlakçılar qızıl-zinət əşyalarını özlərinə (yenidən müharibə qorxusu ilə - red.) etibarlı sərmayə məqsədilə alırlar", - şuranın analitiki Luis Strit söyləyib.
Əraqçi: "ABŞ təzminat ödəməlidir"
Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirməyə başlamış, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında müharibə başlamışdı. Tehranla nüvə proqramı üzrə danışıqlara yenidən başlamış ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Dünya üzrə qızıla tələbat cari ilin ikinci rübündə əvvəlki üç aya nisbətdə 6% azalsa da, iranlılar bir ucdan sırğa, kulon və digər zinət əşyaları yığırlar. İstehlakçılar qızıl-zinət əşyalarını özlərinə (yenidən müharibə qorxusu ilə - red.) etibarlı sərmayə məqsədilə alırlar", - şuranın analitiki Luis Strit söyləyib.