Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Britaniya Xarici İşlər Nazirliyi İrana qarşı sanksiyaları genişləndirməyə hazır olduğ
Bildirilir ki, bu, Tehranın nüvə silahı yaratmasının qarşısını almağa kömək edəcək.
Eyni zamanda İranın nüvə proqramının heç vaxt indiki kimi yüksək səviyyədə olmadığı da qeyd edilib.
İran həqiqətən nüvə silahı yarada bilərmi? Bundan istifadə region ölkələrinə, ümumilikdə dünyaya nə vəd verir?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ İrana qarşı sanksiyaların bir il daha uzadılması barədə qərar qəbul edib: “Bu, İranın Yaxın Şərqdə öz proksi qüvvələri ilə münasibətlərinin inkişaf etdirilməsi, həm də Rusiya-Ukrayna müharibəsində Kremlə silah yardımı göstərməsi ilə bağlıdır.
Amma İsrail-İran müharibəsi və İranın nüvə proqramını da istisna etmək olmaz.
Yəni İsrail rəhbərliyi tərəfindən bəyan olunduğu kimi, İran nüvə silahı əldə etməyə çox yaxındır və buna imkan verilməməlidir.
Böyük Britaniya da ABŞ ilə birlikdə nüvə silahına malik İranın onların Yaxın Şərqdə yeritdikləri siyasətin qarşısını alacaqlarını düşünürlər.