Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü qonağı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə olub.
Deputat Trampın Azərbaycanı Qəzza üçün Sülh Şurasına dəvət etməsi və İrandakı son hadisələrlə bağlı sualları cavablandırıb: - Asim müəllim, Azərbaycanın Sülh Şurasına dəvət olunmasının siyasi əhəmiyyəti nədən ibarətdir?
- Əslində, Azərbaycana olan hörmətin əlamətidir. Azərbaycan bölgədə nüfuzu olan ölkədir.
Bu prosesdə iştirakımız, Sülh Şurasında ən yüksək səviyyədə üzvlüyümüz göstərir ki, ölkəmizdən ciddi gözləntilər var.
Ümumiyyətlə, Azərbaycan dəfələrlə müxtəlif ölkələrə humanitar dəstək göstərib. Suriya, Ukrayna və başqa dövlətlərin adlarını sadalamaq olar.
Ona görə də bu proseslərdə fəallığımız Azərbaycanın əhəmiyyətini artırır.
- Bəs İrandakı hadisələrin Azərbaycana nə kimi təsiri oldu və orada rejim özünün varlığını növbəti dəfə qoruya bildimi?