İranda rejim dəyişikliyi: Blinken ABŞın mövqeyini açıqladı

19.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

ABŞ Dövlət katibi Antoni Blinken İranda rejim dəyişikliyinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mətbuat konfransında

“Son 20 ilə nəzər yetirdikdə rejim dəyişikliyi mövzusunda təcrübələrimizin tam uğurlu olduğunu düşünmürəm” deyib.

Blinken diqqəti Suriya məsələsinə yönəldib:

“Əsas sual budur: suriyalılar bu fürsətdən faydalana bilərmi? Onlar ölkələrini daha yaxşı bir yola yönəldə bilərmi? On illərdən sonra ilk dəfə diktator, xarici qüvvə, terror təşkilatı, məzhəb və ya azlıq tərəfindən idarə olunmamaq üçün bu fürsəti dəyərləndirə bilərlərmi? Çətinlik budur”.

Rəhman Mirzəlizadə, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью