İranda rejim öldürülmüş şəxslərin meyitini ailələrinə satır RƏY | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Görünür ki, ABŞ-ın artıq İrana müdaxilə üçün beynəlxalq təşkilatların da rəyini alması yaxındır" İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının qeyri-müəyyən vəziyyəti və bombalanmış nüvə obyektlərinin yoxlanılması ilə bağlı yaradılmış dalan sonsuzadək davam edə bilməz”.Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.AEBA rəhbəri İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada yerləşməsi və vəziyyəti ilə bağlı qeyri-müəyyənliyə toxunaraq qeyd edib:“Bu vəziyyət əbədi davam edə bilməz, sonda elə bir məqam gəlinə bilər ki, bu materialların harada olduğunu bilmədiyimi deməyə məcbur qalım”.Qrossi vurğulayıb ki, hazırda belə bir nəticəyə və ya əminliyə gəlməyib:“Bizim İrana dediyimiz budur ki, qarşılıqlı əməkdaşlığa girməlidir”.Beynəlxalq agentliyin baş direktoru bildirib ki, hazırda diplomatik ehtiyatlılıq nümayiş etdirir, amma Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi kimi İran öz öhdəliklərini yerinə yetirməlidir.Qrossi ümidvar olduğunu söyləyib ki, İranla ABŞ arasında razılaşmaya nail olmaq məqsədi daşıyan diplomatik səylər nəticə verəcək, yaxınlaşan yeni hərbi fəaliyyət təhlükəsi və ya buna bənzər durum olmadan qarşılıqlı anlaşmaya gətirib çıxaracaq.Mövzu ilə bağlı danışan siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, İran artıq dünya üçün zədələnmiş nüvə bombası qədər təhlükə saçır.
Onun sözlərinə görə, rejim çökdüyü təqdirdə nəinki öz xalqını, hətta imkanı olsa bütün dünyanı da qana boyamağa müntəzirdir: “Nüvə ehtiyatı, zənginləşdirilmiş uranın dünya üçün təhlükə saçdığı artıq beynəlxalq təşkilatları da ciddi narahat edir.
İran batan dünyanı qarşısına alıb, hətta öz xalqının rəyini də dinləmir.
Görünür ki, son hadisələrdən sonra hərbi vəziyyət adı ilə xalqı tam girov götürüblər.
Hətta öldürülmüş şəxslərin meyitini ailələrinə satırlar. Bu, heç bir beynəlxalq hüquqa, dini dəyərlərə sığmır.
Belə bir rejimin uran zənginləşdirməsi, hətta maddənin yerini gizli saxlaması bəşəriyyət üçün böyük təhlükədir.
Görünür ki, ABŞ-ın artıq İrana müdaxilə üçün beynəlxalq təşkilatların da rəyini alması yaxındır.
Tam oxu
Xəbəri oxu