İranda şagirdlər məktəbdən qorxurlar

16.02.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İranda şagirdlər məktəbə getməyə qorxurlar. 

“Cebheinfo.az” "İran İnternational" - ə istinadən xəbər verir ki, İranda şagirdlər məktəbləri artıq təhlükəsizlik hesab etmirlər. 

Agentlik məlumat verir ki, İranın bir sıra şəhərlərində məktəblərdə təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi şagirdlərin dərsə gəlməməsi hallarının çoxalmasına səbəb olub. Valideynlər bildirirlər ki, sinif otaqları artıq övladları üçün təhlükəsiz məkan təsiri bağışlamır.

Yanvar etirazlarından sonra son həftələrdə Məşhəd, Qorqan, Tehran və ölkənin digər şəhərlərindən olan valideyn və şagirdlər məktəblərin təhsil mühitindən daha çox təhlükəsizlik nəzarəti və dindirmə məkanlarına çevrildiyini bildiriblər.

Məşhəddən olan bir şagird məktəb rəhbərliyinin və təhlükəsizlik orqanları ilə əlaqəli şəxslərin şagirdlərin telefonlarını, bəzən isə məktəb çantalarını yoxladığını qeyd edib.

Tehranda çalışan və adının açıqlanmasını istəməyən orta məktəb müəllimi deyib ki,  5 nəfərlik sinifdə bəzi günlər şagirdlərin yarısından da azı dərsə gəlir.  

Onun sözlərinə görə, valideynlər məktəbin təhlükəsiz olduğuna daha inanmırlar. Demək olar ki, İranda məktəblərdə bu hal kütləvi xarakter alıb. 

Yunis Abdullayev
Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью