Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində üç etnik bəluc məktəbli naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, hadisə uşaqlar məktəb avtobusundan düşdükdən qısa müddət sonra baş verib. Gümüşü rəngli “Pejo 405” markalı avtomobildə olan silahlı şəxslər məktəbliləri zorla maşına mindirərək hadisə yerindən uzaqlaşıblar.
Məlumata əsasən, qaçırılan uşaqlar İranşəhrdəki “Üfüq” (Ofogh) məktəbinin şagirdləri olan iki qardaş və onların əmisi oğludur.