İranda savaş: xarici ölkə vətəndaşları Azərbaycan vasitəsiylə təxliyə olunur FOTOLAR

14.06.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Mia.az xəbər verir ki, İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

***

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Məlumata görə, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb(report).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью