İranda saxta içkidən zəhərlənən 1 nəfər ölüb

13.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İranın Xuzistan əyalətinin Dəzfûl şəhərində saxta içki istehlakı nəticəsində 1 nəfər həyatını itirib, 30 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyi (ISNA)-ya danışan Dəzfûl Gencəviyan Xəstəxanasının baş həkimi Dr. Məhəmməd Əli Şəfiiniya hadisə ilə bağlı məlumat verib.

Şəfiiniya bildirib: “Saxta içkidən zəhərlənən 31 nəfərdən biri vəfat edib. 5 nəfər reanimasiya şöbəsində müalicə alır.”

İranlı rəsminin sözlərinə görə, 7 nəfər dializə cəlb olunub.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью