İranda şaxtada qazdan zəhərlənmə olub Ölənlər var KONKRET

07.04.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın şimalındakı Semnan əyalətində kömür mədənində qazdan zəhərlənmə hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəhərlənmə nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, mədəndə olan bütün fəhlələr tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Daha 3 nəfərin hələ də içəridə olması ehtimal edilir.

Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən olunmayıb.//Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью