İranda şəhər başçısı güllələndi

28.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin başçısı bu gün səhər saatlarında güllələnərək öldürülüb.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini informasiya verib.
Rəsminin sözlərinə görə, ilkin qiymətləndirmələr hadisənin təxribat xarakteri daşımadığını göstərir.
Hadisənin təfərrüatları, eləcə də silahlı hücumu edən şəxs və ya şəxslərin kimliyi barədə hələlik məlumat açıqlanmayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью