İranda səkkiz siyasi məhbus qadın edama məhkum edilib

14.09.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda İranın bir neçə həbsxanasında saxlanılan səkkiz siyasi məhbus qadın barəsində edam hökmü çıxarılıb.

BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Ərğəvan Fəllahi, Rəxşan Əzizi, Zəhra Şahbaz Təbəri, Məryəm Hodavənd, Məhnaz Çardoli, Leyla Əbülhəsəni, Təranə Rəhimi və Sevda (Mərziyə) İbrahimi Şəmsabadi "müharibə", "fitnə yaymaq" və "silahlı üsyan"da ittiham olunublar.

Onlardan dördünün son müharibə ilə əlaqədar saxlanıldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью