İranda SEPAH polkovniki şübhəli şəkildə ölüb

18.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Məhəmmədrza Bəyazipur şübhəli şəkildə ölüb.

Bu barədə "Azad İran" "Telegram"kanalı xəbər verib.

Bildirilib ki, hadisə Kerman əyalətinin Rəfsəncan şəhərində baş verib.

Polkovnikin atış poliqonunda qəza nəticəsində öldüyü iddia edilib. Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью