İranda sərgidə nümayiş etdirilən robotlar insan imiş Video

25.11.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İranın Kiş şəhərində keçirilən “Kiş İnox” sərgisindən paylaşılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, həmin kadrlarda humanoid robotları xatırladan fiqurların hərəkət etməsi izləyiciləri çaşdırsa da, araşdırmalar göstərib ki, görüntülərdəki “robotlar” heç də süni intellekt məhsulu deyil. 

Belə ki, həmin fiqurlar, xüsusi makiyaj və mexaniki yeriş texnikaları ilə robotları təqlid edən real insanlardır.

İzləyicilər videonu diqqətlə analiz edərkən üzdəki sızanaqlar, dəri teksturası və jestlərdəki müəyyən insan detalları “robot sirrini” açıb.

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью