İranda sərnişin avtobusu aşıb 11 nəfər həyatını itirib

26.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün yerli vaxtla saat 05:00 radələrində İranın mərkəzində yerləşən Mərkəzi vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb.
Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə əməliyyatı üzrə sədr müavini Məhəmməd Hüseyn Kobadi deyib.
Kobadi bildirib ki, Həmədan-Save magistralında baş verən hadisə nəticəsində 24 nəfər xəsarət alıb.
 

Kobadi deyib ki, hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qüvvələri cəlb olunub. Yaralılar 2 vilayətin iki xəstəxanasına yerləşdirilib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılmaqdadır.


İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bundan başqa ötən gecə saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yük maşınının avtobusla toqquşması nəticəsində 9 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью