İranda şiddətli atışma: 4 terrorçu, 1 SEPAH üzvü öldü

09.11.2024

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sistan və Bəlucistan əyalətində 4 terrorçunu məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə İran mediasına SEPAH-ın sözçüsü general Əhməd Şəfai deyib.

O bildirib ki, Sistan və Bəlucistan əyalətində xarici düşmənlərin dəstəklədiyi silahlılara qarşı uğurlu əməliyyat zamanı bir avtomobil və çoxlu silah-sursat olan anbar ələ keçirilib.

Şafai həmçinin əməliyyat zamanı bir SEPAH əsgərinin öldürüldüyünü təsdiqləyib./Axar.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью