İranda şiddətli atışma: 4 terrorçu, 1 SEPAH üzvü öldü

09.11.2024

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sistan və Bəlucistan əyalətində 4 terrorçunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediasına SEPAH-ın sözçüsü general Əhməd Şəfai deyib.

O bildirib ki, Sistan və Bəlucistan əyalətində xarici düşmənlərin dəstəklədiyi silahlılara qarşı uğurlu əməliyyat zamanı bir avtomobil və çoxlu silah-sursat olan anbar ələ keçirilib.

Şafai həmçinin əməliyyat zamanı bir SEPAH əsgərinin öldürüldüyünü təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью