İranda silahlı hücum: Bir ailənin 5 üzvü öldürüldü

01.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində naməlum silahlı şəxslər minik avtomobilinə atəş açıblar.

Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində minik avtomobilində olan bir ailənin 5 üzvü, o cümlədən 14 yaşlı oğlan və 13 yaşlı qız həlak olub.

Silahlı şəxslərin hadisə yerindən qaçdıqları, onların saxlanılması üçün əməliyyat başladıldığı bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью