İranda silahlı qarşıdurma oldu

12.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Rask rayonunda silahlı qarşıdurma olub.

Axar.az xəbər verir ki, bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər Rask şəhərinin Parud rayonundakı Mortan nəzarət-buraxılış məntəqəsində əfqanistanlı muzdlulardan ibarət SEPAH-a bağlı “Fatimiyyun” qüvvələrinin mövqelərinə hücum ediblər.

Hər iki tərəfdən atəş açıldığı və bir müddət sonra hücumçuların bölgəni tərk etdikləri bildirilib.

İnsan tələfatı barədə məlumat verilməyib. Hələlik hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью