İranda silahlı qarşıdurma: ölənlər var

04.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İran polis qüvvələri ötən gün Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, əməliyyat silahlıların girov götürdükləri şəxsi azad etmək məqsədilə həyata keçirilib.

Şəhərin Hesaruiyyə bölgəsində iki saat davam edən atışmadan sonra iki silahlı öldürülüb, girov xilas edilib.

Öldürülən silahlıların və girovun kimliyi barədə açıqlama verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью