İranda silahlı qarşıdurmada iki mülki şəxs öldürüldü

30.06.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Kirman əyalətinin İslamşəhr bölgəsində hökumət məmurları iki mülki şəxsi öldürüb, birini isə yaralayıb.

Axar.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, ev sakinləri məhkəmə hökmü olmadan evə girmək istəyən hökumət məmurlarına müqavimət göstəriblər.

Məmurlar avtomat silahlardan atəş açaraq Yasir Zərəxş və Əlim Nəmdadini öldürüb, Rza Əzizini isə yaralayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью