İranda silahlı qruplaşma üzvü edam edildi

12.05.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda silahlı qruplaşmaya üzvlükdə və polis məntəqələrinə hücumlarda ittiham olunan şəxs edam edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin "Mizan News" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Əbdülcəlil Şahbəxş silahlı üsyan təşkil etmək və silahlı qruplaşmaya üzv olmaq ittihamları ilə edam olunub.

Hesabatda bildirilir ki, Şahbəxş İranın şərq bölgəsində keçirilən və antiterror əməliyyatları kimi təqdim olunan tədbirlər zamanı saxlanılıb.

Məhkəmə ilə əlaqəli media qurumu iddia edir ki, o, təxminən altı il əvvəl hərbi təlim almaq məqsədilə qonşu ölkələrdən birinə getmək üçün İranı qanunsuz yollarla tərk edib.

İran rəsmiləri son illərdə ölkənin müxtəlif bölgələrində silahlı qruplaşmalara qarşı əməliyyatların gücləndirildiyini bildirirlər.

Analitiklərin fikrincə, Tehran təhlükəsizlik məsələlərində sərt siyasətini davam etdirərək regionda fəaliyyət göstərən silahlı qruplara qarşı təzyiqləri artırır.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью