İranda silahlı şəxslərlə polis arasında atışma baş verib

29.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində genişmiqyaslı atışma baş verib.

Avtosfer.az "Tasnim"ə istinadən xəbər verir ki, polis silahlı quldurlara qarşı əməliyyat keçirib.

Məlumata görə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxslərlə qarşıdurmaya girib və nəticədə cinayətkarlar zərərsizləşdirilib.

Saxlanılan şəxslərin sayı, qarşıdurmada iştirak edənlərin vəziyyəti və hadisənin digər detalları ilə bağlı məlumatların hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasından sonra dəqiqləşdiriləcəyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью