İranda silahlı toqquşma 6 nəfər həlak olub

14.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

İranın Sistan və Bəluçistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında toqquşma baş verib.

525.az-ın məlumatına görə, bu barədə “Fars” xəbər agentliyi yazıb.

Qeyd olunub ki, toqquşmada bir təhlükəsizlik işçisi də daxil olmaqla altı nəfər həlak olub.

İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri Qərargahından verilən açıqlamada toqquşmanın Zahedanda bir tikinti mühəndisinin girov götürülməsi səbəbindən başlanan əməliyyat nəticəsində baş verdiyi bildirilib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью