İranda siyasi gərginlik: Pezeşkian onun istefasını qəbul etmədi

20.11.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini Prezident Məsud Pezeşkiana təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident bu istefanı qəbul etməyib:

“Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью