İranda siyasi məhbusa 6 il həbs cəzası verildi

01.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Tehranın bədnam Evin zindanında saxlanılan siyasi məhbus Mustafa Taczadə barəsində açılan cinayət işi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA yayıb.
Məlumata görə, Mustafa Taczadə “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə bir il, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” ittihamı ilə 5 il həbs cəzası alıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью