İranda siyasi məhbusa ölüm hökmü verildi

07.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İranda siyasi məhbus Məhəmmədəmin Məhdəvi Şayeste İsraillə əməkdaşlıq etməkdə təqsirli bilinərək barəsində edam hökmü çıxarılıb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, 26 yaşlı siyasi məhbus 2023-cü ilin payızında həbs edilib. Məlumata görə, o, Tehrandakı Evin həbsxanasında istintaq zamanı İslam respublikasının təhlükəsizlik qurumları tərəfindən işgəncəyə və təzyiqlərə məruz qalıb.

İnformasiyaya əsasən, o, bir sıra məsələlər üzrə, o cümlədən “islam müqəddəslərini təhqir etməkdə”, başlıcası, “sülh və təhlükəsizliyə qarşı İsraillə əməkdaşlıqda” ittiham olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью