İranda şok qadağa...

16.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran parlamenti ölkə vətəndaşlarının ABŞ və İsrail mediasına müsahibə verməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Axar.az-ın “Röyters”ə istinadən məlumatına görə, parlamentin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, belə müsahibələrə görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsinin məqsədi düşmən ölkələrin kəşfiyyat qurumlarının təsirinə qarşı mübarizə aparmaq kimi təqdim olunur.

Sənəd hələ yekun qüvvəyə minməyib. Qanun layihəsi əlavə müzakirələrdən keçməli, daha sonra isə Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью