İranda sosial şəbəkələrdə məşhurlaşan “robotlar“ın insan olduqları üzə çıxdı VİDEO

14.11.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Kiş şəhərində "Kish Inox" sərgisindən paylaşılan videolar sosial mediada böyük qalmaqala səbəb olub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Kadrlarda humanoid robotları xatırladan fiqurların hərəkət etməsi izləyiciləri çaşdırsa da, araşdırmalar göstərib ki, görüntülərdəki "robotlar" heç də süni intellekt məhsulu deyil. Bu fiqurlar, xüsusi makiyaj və mexaniki yeriş texnikaları ilə robotları təqlid edən real insanlardır.

İzləyicilər videonu diqqətlə analiz edərkən, üzdəki sızanaqlar, dəri teksturası və jestlərdəki müəyyən insan detalları "robot sirrini" açıb.

"Tesla" və "Boston Dynamics" kimi şirkətlərin yüksək texnologiyalı robotlar üzərində apardığı real elmi layihələrlə müqayisədə, Kişdəki bu performans əsasən "robot kimi insanlar" konseptinə əsaslanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью