İranda sözü ilə əməli düz gəlməyən deputat biabır oldu

13.11.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İran parlamentində radikal mühafizəkarları təmsil edən deputat Həmid Rəsai sosial mediada izlədiyi kanalla gündəmə gəlib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, "Fars News" agentliyinin dərc etdiyi şəkildə deputatın ITA mesencerində "İdeal arvad" kanalına abunə olduğu görünür.

Kanalın qeyri-adi adı sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub. Deputat gülüş obyektinə çevrilib.

Foto sürətlə internetdə yayılıb, dini baxışları və opponentlərə hücumları ilə seçilən deputat sərt tənqid atəşinə tutulub.

Cümə namazlarında daim çıxış edən, islam ideologiyasını şiddətlə müdafiə edən Rəsai abunə olduğu kanallar üzündən qalmaqalın mərkəzinə düşüb.

https://t.me/AzadIranTelegram/58487

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью