İranda Starlink istifadə edən 10 nəfər saxlanılıb

13.04.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda "Starlink" terminallarından istifadə etdiklərinə görə bir neçə nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qum Vilayət Kiber Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkədə Starlink cihazları “təhlükəli məhsul” kimi təsnif edilir və onların istifadəsi qanunla qadağan olunub.

Bildirilib ki, bu cihazlardan istifadə edən 10 nəfər saxlanılıb və onlar barəsində qanuna uyğun olaraq ciddi tədbirlər görüləcək.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları ölkə ərazisində belə cihazların istifadəsinə qarşı nəzarət və tədbirləri davam etdirir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью