İranda su böhranı davam edir

06.05.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

İranın iri şəhərləri, o cümlədən Tehran və Məşhəd yağışlara baxmayaraq hələ də ciddi su çatışmazlığı ilə üzləşir.

Redaktor.az xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat verib.

Bildirilib ki, son yağıntılar bəzi ərazilərdə vəziyyəti qismən yaxşılaşdırsa da, ölkənin bir çox bölgəsində su qıtlığı problemi davam edir.

Mütəxəssislərin sözlərinə görə, İran uzunmüddətli quraqlıq və su ehtiyatlarının azalması səbəbindən ciddi böhran yaşayır. Paytaxt Tehranda su anbarlarının səviyyəsi kritik həddə düşüb və bəzi hallarda ehtiyatlar kəskin şəkildə azalıb.

Eyni zamanda, Məşhəddə vəziyyət daha ağır qiymətləndirilir – şəhəri təmin edən su anbarlarında ehtiyatların bəzi hallarda 3 faizdən də aşağı düşdüyü bildirilir.

Rəsmilər qeyd edir ki, ölkənin bir sıra bölgələrində suyun normallaşması üçün yalnız yağış kifayət etmir və istehlakın azaldılması ilə yanaşı, uzunmüddətli idarəetmə tədbirləri də zəruridir.

Ekspertlər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, su qıtlığı yaxın aylarda daha da dərinləşə və məhdudiyyətlərə səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью