İranda sünni din xadimi öldürüldü SEPAH iki dövləti ittiham etdi

16.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İranın Sistan və Bəlucistan əyalətində sünni cümə namazı imamı Mövləvi Yusif Gorgic naməlum silahlı şəxslərin sui-qəsdi nəticəsində öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında bildirilib.SEPAH komandanı, general-mayor Əhməd Vahidi sui-qəsdi pisləyib və hücumun arxasında ABŞ-la İsrailin dayandığını iddia edib.

Məlumata görə, Gorgic bu il Sistan və Bəlucistanda naməlum şəxslərin sui-qəsdi nəticəsində öldürülən ikinci sünni din xadimidir.

Bundan əvvəl Mircavə şəhərinin sünni cümə namazı imamı Mövləvi Məhəmməd Ənvər Rici də sui-qəsd nəticəsində öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью