İranda suyun səviyyəsi kritik həddə endi KONKRET

18.08.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İranda 12 böyük bənddə suyun səviyyəsi kritik həddə 10 faizdən aşağı enib. 

KONKRET.az xəbər verir ki, bu barədə İran Su Ehtiyatları İdarəetmə Şirkəti məlumat yayıb.

Rəsmi məlumata görə, ölkənin müxtəlif bölgələrində yerləşən bəzi bəndlərdə suyun səviyyəsi 0-8 faiz arasında dəyişir.

Rəzəvi Xorasan əyaləti: Torok bəndində 6 faiz, Dosti bəndində 5 faiz Gülüstan vilayəti: Vuşmgir bəndi – 0 faiz Mazandaran vilayəti: Lar bəndi – 5 faiz Gilan vilayəti: Sefidrud bəndi – 4 faiz Hörmüzqan əyaləti: Şamil bəndi – 0 faiz, İstiqlal bəndi – 3 faiz Fars vilayəti: Rudbal bəndi – 0 faiz Kerman əyaləti: Nesa bəndi – 8 faiz, Tenguiyeh – 7 faiz Mərkəz əyaləti: Ponzdeh Xurdad bəndi – 8 faiz, Save – 7 faiz

İran prezidenti Məsud Pezeşkian iyulun 31-də çıxışında ölkənin ciddi su böhranı ilə üz-üzə olduğunu vurğulayıb:

“Su böhranı bu gün cəmiyyətin ən ciddi problemlərindən biridir. Bütün göstəricilər su ehtiyatlarının azalmasını təsdiqləyir və biz sürətlə quraqlığa doğru gedirik”, – dövlət başçısı bildirib.

Mütəxəssislər hesab edir ki, davamlı istilər və yağışların azalması yaxın aylarda ölkədə vəziyyəti daha da gərginləşdirə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью