İranda tanınmış din xadiminin oğulları korrupsiya ittihamı ilə həbs olundular

09.06.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda tanınmış din xadimi, Tehranın cümə namazı imamı və rejimin əsas təbliğatçılarından olan Kazim Sediqinin iki oğlu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat əməkdaşları tərəfindən korrupsiya işi üzrə həbs olunub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, onlara maliyyə pozuntuları və əlbirlik ittihamları irəli sürülüb.

Xatırladaq ki, Kazim Sediqinin özü 2023-cü ildə də Tehranın şimalında dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью