İranda tanker partladı: Yaralananlar var

06.10.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Mazandaran əyalətinin Fəridunkənar məhəlləsində yanacaq daşıyan tanker partlayıb.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, insident tanker üzərində qaynaq işləri aparılarkən baş verib.

Güclü partlayış nəticəsində iki nəfər xəsarət alıb, yaxınlıqda yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib, beş avtomobil yararsız hala düşüb.

Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri qırılıb, bir neçə mağaza da zərər görüb.

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda partlayışın dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.

İranda tanker partladı: Yaralananlar var

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью